Məhsullar

Unikal çeşitləri bir araya toplamış Final çay bənzərsizlıyı ilə hər zaman seçilir.

Haqqımızda

`Final` çay çeşidləri 2005 və 2007 ci illərdə Rusiyada keçirilən Ümumdünya Çay və Qəhvə festivalında İngiltərə, Hindistan kimi çay istehsalçısı şirkətləri arasından fərqlənərək yüksək nominasiyalarda “Qran Pri” və “ Qızıl medal” mükafatlarına layiq görülmüşdür. Final çay – bütün zövqlərə uyğun Final çay 1996cı ildən istehlakçılara təqdim edilməkdədir. Final çay dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etmiş və ən yüksək nominasiyalarda mükafatlara layiq görülmüşdür.

Çayın Tarixi

Çay, əsrlərdir davam edən bir ənənədir. Hər cür sirrə şahidlik edən Şərqin dünyaya bir hədiyyəsidir. Çay, dünyada sudan sonra , ən çox içilən və içmə vərdişi getdikcə artan bir bitki kimi 5000 illik keçmişə malikdir. Çaydan ilk istifadə, E.Ə 2737-ci ilədək Çin İmperiyasına gedib çıxır. Çay kəliməsi Çinin yerli dili olan mandarin ləhçəsində “ça”, Amoy ləhçəsində isə, “te” şəkilində ifadə edilmişdir. Mandarin ləhçəsinin Avropada ilk dəfə “ça” şəklində tələffüzü Portiqalyalı ticarətçilər tərəfindən gətirilmişdir. Daha sonra, günümüzdə Avropada istifadə edilən, “tea” kəliməsi, Hollandiyalı ticarətçilər tərəfindən Amoy ləhçəsindən istifadə edilərək gətirilmişdir. Çayın tarixindən bəhs edən əfsanələrə görə, Çinin ilk imperatorlarından olan Shen Yung, çay bitkisinin təsadüfən isti suya düşməsinə şahid olur. Daha sonra, İmperator, çayın vurğunu olur və bölgədə yeddi il ərzində o qalaraq daim çay içir.

Hekayə

1996-cı ildən istehlakçılara təqdim edilən "Final çay" böyük rəğbət və sevgi ilə qarşılanmışdır. Müasir texnologiyaların tətbiqi ilə müştəri istəklərini, keyfiyyəti əsas tutaraq inkişaf etmiş və yeniliklərlə hər zaman istehlakçıları diqqətdə saxlamışdır.